“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya A Seriyasının 14-cü turundan təxirə salınmış “Fiorentina” ilə səfər oyununu şərh edib.
Arena.az məlumat verir ki, “neradzurri” “bənövşələr”ə gözlənilmədən 0:3 hesabı ilə məğlub olub.
Xatırladaq ki, İtaliya A Seriyasının 14-cü turunda “Fiorentina”nın “İnter”lə ev oyununun 16-cı dəqiqəsində “Roma”dan icarə əsasında “bənövşələr”in heyətində çıxış edən italyan yarımmüdafiəçi Edoardo Bove huşunu itirərək, “Artemio Franki”nin ot örtüyü üzərinə sərilmiş və dərhal xəstəxanaya təxliyə edilmiş, oyun isə hesab 0:0 ikən təxirə salınmışdı. Sonradan sağlamlığı bərpa edilmiş Bove defibrillyator quraşdırılıb.
“Məni hər bir xüsusdan daha çox, nəticə deyil, necə oynadığımız narahat edir. Bu, çox bərbad idi, biz evə qəzəbli surətdə geri qaytarırıq. Biz dörd ay boyunca uduzmamışdıq. İndi bizə hər şeyi təmiz bir vərəqdən başlamaq və yarış cədvəlinə baxmamaq gərəkdir”, – DAZN şəbəkəsi italyan mütəxəssisdən sitat gətirir.
“İnter” İtaliya A Seriyasında son 18 oyunda ilk dəfə məğlubbiyyət acısı yaşayıb. Sonuncu dəfə Simone İnzaqinin “neradzurri”si İtaliya çempionatında 5-ci tur çərçivəsində, 2024-cü ilin sentyabr ayında evdə əzəli rəqibi “Milan”a məğlub olmuşdu – 1:2.
Əlavə edək ki, artıq üç gündən sonra, fevral ayının 10-da İtaliya A Seriyasının 24-cü turu çərçivəsində “İnter” evdə “Fiorentina”nı “qonaq” qəbul edəcək.
Məğlubiyyət nəticəsində “İnter” İtaliya çempionatında liderliyini əldən verib, “neradzurri” 23 oyundan 51 xalla 2-ci pillədədir. “Fiorentina” isə 42 xalla İtaliya A Seriyaının yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb. A Seriyasına 54 xalla “Napoli” başçlıq edir.