AZ

Vətəndaş borc verdiyi şəxsi məhkəməyə verə bilərmi?

Hüquqşünas bor verən şəxsin hüquqlarından danışıb.

Bir şəxs kiməsə borc verərkən, borcalan "1-2 aya qaytaracam" kimi sözlər söyləyir. Amma daha sonra bu borcu ya yubadır, ya da ümumiyyətlə qaytarmır. Əgər bir şəxs kiməsə borca pul veribsə və əlində yazışmalar, bank çekləri kimi sübutlar mövcuddursa, o məhkəməyə müraciət edə bilərmi və məhkəmə bu zaman hansı qərar qəbul edə bilər?

Məsələ ilə bağlı hüquqşünas Şamil Paşayev Operativ Media-ya açıqlama verib.

O məsələyə aydınlıq gətirib:

"Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, borc verərkən müəyyən məbləğdən asılı olaraq tərəflər arasında müqavilə bağlanması zəruri olur. Əgər borcun məbləği 3000 manatdan aşağıdırsa, bu halda tərəflər arasında müqavilə bağlamağa ehtiyac yoxdur. Lakin borc 3000 manatdan yuxarı bir məbləğdə verilirsə, Azərbaycan qanunvericiliyi bu halda yazılı müqavilənin bağlanmasını zəruri hesab edir. Belə bir müqavilə tərəflərin hüquqlarını və vəzifələrini müəyyən edir, həmçinin hər hansı mübahisə yaranarsa, tərəflər arasında razılaşmanın sübutu kimi çıxış edir. Bununla yanaşı, əgər borc verən şəxs borcun verildiyini sübut edə biləcəyi sənədlərə və ya digər dəlillərə malikdirsə o məhkəməyə müraciət edə bilər. Məhkəmə prosesində borcun verilməsi ilə bağlı olan bütün sübutlar araşdırılır.  Əgər məhkəmə borcun həqiqətən də verildiyini təsdiq edərsə, o zaman məhkəmə borcun ödənilməsi barədə müvafiq qərar qəbul edə bilər". 

 

Seçilən
48
operativmedia.az

1Mənbələr