AZ

"Neftçi" yeni sponsorla anlaşdı

“Neftçi” klubu ilə “International Holding Company”yə (IHC) məxsus olan “Palms Sports” arasında yeni sponsorluq müqaviləsi imzalanıb.

Fanat.Az xəbər verir ki, tədbirdə “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer, klubun İdarə Heyətinin üzvü Emin Əmrullayev və "Palms Ports"un icraçı direktoru Fouad Darviş iştirak ediblər.

Beş ili - 2025-2030-cu illəri əhatə edəcək müqaviləyə əsasən, “Palms Sports” “Neftçi Arena” və “Neftçi” Futbol Mərkəzinin adlandırma hüquqlarını əldə edib.

Yeni adlar tərəfdaşların ortaq qərarı ilə müəyyən ediləcək və xəritələr, naviqasiya əlavələri ilə bütün rəsmi platformalarda yenilənəcək.

“Neftçi” PFK-nın A komandasının 2025-2030-cu illər arasındakı bütün rəsmi və yoldaşlıq oyunlarında “Palms Sports” loqolarından biri 2025/2026 mövsümünün başlanğıcından etibarən formaların ön tərəfində yer alacaq. Loqolar oyun formalarından əlavə, məşq ləvazimatlarında və azarkeş məhsullarında da istifadə olunacaq.

Bu sponsorluq müqaviləsi “Neftçi”nin maliyyə davamlılığını artırmaqla yanaşı, klubun beynəlxalq miqyasda daha çox tanınmasına kömək edəcək. 

"Palm Sports" İHC-nin bir müəssisəsi olaraq mərkəzi BƏƏ-də yerləşən idman menecmenti və təlim şirkətidir. 

Seçilən
20
15
fanat.az

10Mənbələr