Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdəməlumat verib.
O, deyib: “Biz buna təəssüf edirik. Hesab edirik ki, bu, ikitərəfli təmaslarla həll oluna bilən anlaşılmazlıqdır. Müxtəlif səviyyələrdə həmkarlarımız qarşısında bu məsələni qaldıracağıq. Biz yaxşı, ənənəvi münasibətlərimizi rəhbər tutaraq problemləri dialoq yolu ilə həll edəcəyik”, - Peskov jurnalistlərə bildirib.
Xatırladaq ki, Azərbaycan “Rossotrudniçestvo” agentliyinin (Rus Evi) ölkə ərazisində fəaliyyətinə xitam verilməsi barədə diplomatik kanallar vasitəsilə Rusiyaya rəsmi bildiriş göndərib.
Tural Tağıyev
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta