AZ

Fransanın ilk döyüş təyyarələri Ukraynaya gətirilib

Fransa Ukraynaya ilk “Mirage 2000” qırıcılarını təhvil verib.

Bu barədə Fransanın müdafiə naziri Sebastien Lekornu sosial media hesabından paylaşım edib.

O, Ukraynanın hava hücumundan müdafiəsini dəstəkləmək üçün Fransa istehsalı olan “Mirage 2000-5” qırıcılarının ilk partiyasının Ukraynaya çatdırıldığını açıqlayıb.

Ukraynaya göndərilən döyüş təyyarələrinin sayı ilə bağlı ətraflı məlumat verilməyib.

Qeyd edək ki, Ukrayna ABŞ istehsalı olan F-16 qırıcılarının ilk partiyasını ötən ilin avqustunda alıb.

“AzPolitika.info”

Seçilən
19
azpolitika.info

1Mənbələr