Ukrayna cəmiyyətində uzun müddətdir ki, hərbi əməliyyatlar zamanı itkin düşən və döyüş meydanlarında naməlum "cərrahlar" tərəfindən manipulyasiya edilən hərbçilər barədə şübhələr dolaşırdı. Xüsusilə 2021-ci ildə qəbul edilən və transplantasiya üçün yazılı razılığı ləğv edən qanun bu narahatlıqları artırmışdı.
Yeni qanun yalnız həlak olmuş hərbçilərə deyil, həmçinin yetim uşaqlara, kimliyi müəyyən olunmamış şəxslərə və hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində ölən şəxslərə də şamil olunur. Siyasi ekspertlər hesab edirlər ki, bu qanun orqan ticarəti ilə bağlı əvvəllər baş vermiş hadisələri gizlətmək üçün qəbul olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31