AZ

SOCAR rəsmisi üfüqi qazmada strateji yanaşmanın əhəmiyyətindən danışıb

Bakı. Trend:

Bu gün mən üfüqi qazma sahəsində texnososial həllərə əsaslanmışstrateji yanaşma təqdim edəcəyəm.

Trend xəbərverir ki, bunu Bakıda keçirilən IADC Drilling Caspian konfransındaetdiyi çıxışda “SOCAR Upstream”in SƏTƏM prosesləri və prosedurlarıüzrə rəhbəri Hafiz Mirzağayev bildirib.

Mirzağayevin sözlərinə görə enerjiyə olan olan qlobal tələbatartmaqda davam edir və dekarbonizasiya ilə bağlı problemlərəbaxmayaraq, enerji landşaftı daima dəyişir.

"Beynəlxalq Enerji Agentliyinin statistikasına görə, 2040-ci iləkimi enerjiyə olan qlobal tələbat 5 faiz artacaq. Bununla yanaşı,qeyri-ənənəvi yataqların tədqiq edilməsi və əməliyyatlarınçətinliyinin artması neft-qaz sektoru üçün önəmli çağırışlaraçevrilir.

Biz üç əsas çağırışlarla üzləşirik: təhlükəsizlik, dayanıqlılıqvə səmərəlilik. Çətin və qeyri-sabit şəraitlərdə əməliyyatrisklərinin idarəedilməsi həmçinin ekoloji standartlara riayyətinnovativ həllərin tətbiqini tələb edir”, - deyə o bildirib.

O vurğulayıb ki, bu problemlərin həlli üçün SOCAR özündə üçkomponenti birləşdirən ekoloji-texnoloji-sosial strategiyahazırlamaqdadır: təbiətə olan təsirlərin minimallaşdırılmasınayönəlmiş ekoloji aspekt, əməliyyatların optimallaşdırılmasıməqsədilə süni intellekt və Əşyaların İnterneti kimi qabaqcıltexnologiyalardan istifadə baxımında texnoloji aspekt və yerliicmaların cəlb olunmasını və uzunmüddətli əməkdaşlığa dəstəyəfokuslanmış sosial aspekt.

Mirzaağayev hasilat səmərəliliyinin artırılmasına vasitəçilikedən bir metod kimi üfüqi qazmanın vacibliyini vurğulayıb.

“Üfüqi qazma şaquli qazma ilə müqayisədə məhsuldarlığı 40 faizartırır. Eyni zamanda, bu metod torpaqdan istifadəni 50 faizazaldaraq, səthdə olan qurğuların sayını azaltmağa və hava şəraitivə əməliyyatlarla əlaqəli riskləri azaltmaqla dayanıqlığı artırmağakömək edir”, - deyə o bildirib.

Onun sözlərinə görə, üfüqi qazma layla təmas sahəsiniəhəmiyyətli dərəcədə genişləndirir ki, bu da karbohidrogenlərinçıxarılmasını yaxşılaşdırmağa və hasilatın ümumi səmərəliliyiniartırmağa imkan verir. Belə texnologiyaların tətbiqi əməliyyatxərclərini azaltmağa və mürəkkəb şəraitdə işin səmərəliliyiniyüksəltməyə kömək edir.

Məqalədə:
Seçilən
37
az.trend.az

1Mənbələr