AZ

Politoloq: Tribunal daim Putinə qarşı təzyiq mexanizmi kimi istifadə ediləcək...

Avropa İttifaqı Rusiyanın Ukraynaya təcavüzünü araşdıran tribunal yaratmaq qərarına gəlib...

Azər Qasımov: “Avropa İttifaqının Rusiyanın Ukraynaya təcavüzünü araşdıran tribunalın yaradılması qərarı Ukraynanın danışıqlarda əlinin gücləndirilməsi məqsədi daşıyır”.

“İndiki məqamda tərəflərin əsas məqsədinin müharibənin dayandırılması olduğu üçün istər Putin, istərsə qarşı tərəf üçün tribunal və onun qərarı ikinci dərəcəli məsələdir”.

Bu sözləri politoloq Azər Qasımov Avropa İttifaqının Rusiyanın Ukraynaya təcavüzünü araşdıran tribunal yaratmaq qərarını Poliqon-a şərh edərkən qeyd edib.

Tramp Ukraynada sülhə nail olmaq istəyərkən, Avropa İttifaqı Rusiyanın Ukraynaya təcavüzünü araşdıran tribunal yaratmaq qərarına gəlib və bu bir tirbunal mart ayının sonlarında formaladırıla bilər.

Bəs, Rusiyanın Ukraynaya təcavüzünü araşdıran tribunalın yaradılması müharibənin gedişatına və sülh səylərinə necə təsir edə bilər?

Rusiya-Ukrayna müharibəsinin indiki mərhələsini Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Putin bir gün nəzəri olaraq həbs edilə bilər”.

Aİ-nın da bu məsələyə qoşulması əslində Putinin hakimiyyəti dövründə onunla heç bir Avropa ölkəsinin əlaqə yaratmaq imkanının olmayacağı anlamına gəldiyini vurğulayan politoloq Poliqon-a bildirib ki, tribunal hər hansı məqsədlə yaradılmasından asılı olmayaraq veriləcək qərarın nə vaxtsa, yerinə yetirələcəyi anlamına gəlir:

“Ukrayna və Rusiya arasında davam edən müharibənin dayandırılması hamının istəyidir. Müharibənin gedişatı elə bir hal alıb ki, kimin nə əldə etməsinə baxmayaraq nəticə ilə göründüyü kimi hamı barışır. Bu baxımdan Trampın hakimiyyətə gəlməsindən sonra yaranan ümidlərdən maksimum istifadə etməyə çalışır. Trampın Putinlə danışıqlar apardığı gələn xəbərlər arasındadır. Amma danışıqların mahiyyəti barəsində açıq məlumat yoxdur.

Proseslərin gedişində atılan addımlar onu göstərir ki, ABŞ-ın Ukraynanı hamının gözlədiyi kimi yardımsız qoyub Rusiya qarşısında tək buraxmaq fikri yoxdur. Ukraynaya hərbi yardımlar edilir. Ukraynanın təbii sərvətləri üzərindən ABŞ sərmayəsinin Ukraynaya gəlməsi adı ilə Rusiyaya “Ukraynadan uzaq dur” mesajı verilir. Bu proseslər fonunda Avropa İttifaqının Rusiyanın Ukraynaya təcavüzünü araşdıran tribunalın yaradılması qərarı Ukraynanın danışıqlarda əlinin gücləndirilməsi məqsədi daşıyır. Bu, bilavasitə Putinə təzyiq üsuludur.

Azər Qasımov: “Ukraynanın təbii sərvətləri üzərindən ABŞ sərmayəsinin Ukraynaya gəlməsi adı ilə Rusiyaya “Ukraynadan uzaq dur” mesajı verilir”.

Onsuz da BMT-nin İnsan Haqları Məhkəməsi Putin və Rusiyanın ambutsmanı barəsində qiyabi həbs qəti imkanı seçib. Roma statusunu qəbul edən hər hansı bir ölkəyə səfəri durumunda Putin həbs edilə bilər. Amma Aİ-nın da bu məsələyə qoşulması əslində Putinin hakimiyyəti dövründə onunla heç bir Avropa ölkəsinin əlaqə yaratmaq imkanının olmayacağı anlamına gəlir. Tribunal ancaq hər hansı məqsədlə yaradılmasından asılı olmayaraq veriləcək qərarın nə vaxtsa, yerinə yetirələcəyi anlamına gəlir. Yəni Putin bir gün nəzəri olaraq həbs edilə bilər.

Amma indiki məqamda tərəflərin əsas məqsədinin müharibənin dayandırılması olduğu üçün istər Putin, istərsə qarşı tərəf üçün tribunal və onun qərarı ikinci dərəcəli məsələdir. Hesab edirəm ki, tribunal məsələsi daim Putinə təzyiq mexanizmi kimi istifadə ediləcək”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
19
poliqon.info

1Mənbələr