AZ

Nyu-Yorkda Ronaldonun heykəli qoyuldu


Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldonun 40 illik yubileyi münasibətilə Nyu-Yorkda heykəli ucaldılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb.
Məlumata görə, əfsanəvi futbolçunun 3,65 metr hündürlüyündə bürünc heykəli heykəltəraş Serxio Furnari tərəfindən hazırlanıb. Əsərin müəllifi onu da qeyd edib ki, o, Ronaldonu təkcə bir idmançı kimi deyil, həm də dünyada milyardlarla insanı ruhlandıran mədəniyyət ikonu kimi əbədiləşdirmək istəyir.
Ronaldonun heykəli Portuqaliya millisinin formasında təqdim olunur.
Qəzetin məlumatına görə, heykəlin açılışına gələn azarkeşlər məşhur futbolçunun yubileyi münasibəti ilə “Siu” şüarları səsləndiriblər.
Qeyd edək ki, Ronaldo karyerasının böyük hissəsini 2009-2018-ci illərdə Real Madriddə keçirib. O, komanda ilə birlikdə iki dəfə İspaniya çempionu olub , iki dəfə ölkə kubokunun qalibi olub, həmçinin dörd dəfə Çempionlar Liqasında qalib gəlib.
2023-cü ilin yanvarında Ronaldo ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına köçüb və “Əl-Nassr” komandasının hücumçusu olub.
Seçilən
13
yeniavaz.com

1Mənbələr