AZ

Xameneyi ABŞ ilə danışığı “ağılsızlıq” sayır

İranın ali dini lideri Ayətullah Əli Xameneyi Vaşinqtonun nüvə sazişi ilə bağlı Tehrana "xəyanətindən" sonra ABŞ ilə danışıqlar aparmağın “ağılsızlıq və şərəfsizlik” olacağını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranla “böyük müqavilə” bağlamağı təklif etmişdi.

"2015-ci ildə biz ABŞ ilə müqavilə imzaladıq, qarşı tərəfə çoxsaylı güzəştlər etdik. Bununla belə, amerikalılar heç vaxt müqavilənin şərtlərini yerinə yetirmədilər.  İndi hakimiyyətdə olan şəxs (Tramp - red.) müqavilədən çıxdı", - deyə  Xameneyi bildirib. O deyib ki, Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) imzalayan Obama administrasiyası da ona əməl etməyib.

Seçilən
48
cebheinfo.az

1Mənbələr