Rusiya prezidenti Vladimir Putin Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Aktau vilayətində qəzaya uğraması ilə açıqlama verməyi planlaşdırmır.
AzNews.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat yayıb.
“Xeyr, bu yöndə heç bir plan yoxdur”, -deyəRusiya liderinin mətbuat katibi jurnalistlərin suallarını cavablandırıb.
Fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi Aktauda baş verən aviaqəzanın səbəbləri ilə bağlı ilkin hesabat dərc edib. Kreml daha əvvəl qəza ilə bağlı ilkin hesabatı şərh etməkdən imtina edib.