AZ

İran ABŞ-ın yeni sanksiyalarına sərt reaksiya verib

Bakı, TurkicWorld

Tehran ABŞ-ın İranın Çinə xam neft nəqlini asanlaşdıran beynəlxalq şəbəkəyə qarşı tətbiq etdiyi sanksiyaları pisləyib.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi ABŞ-ın yeni administrasiyasının bu qərarını “qeyri-qanuni və beynəlxalq hüquqa zidd” adlandırıb.

Onun sözlərinə görə, Vaşinqtonun İranın iqtisadi tərəfdaşları ilə ticarətini hədəf alması İran xalqına qarşı təzyiq siyasətinin bir hissəsidir.

Belə ki, ABŞ prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və neft ixracatını məhdudlaşdırmaq məqsədilə “maksimum təzyiq” siyasətini yenidən işə salıb.
ABŞ Maliyyə Nazirliyi İran neftinin Çinə daşınmasını asanlaşdıran beynəlxalq şəbəkəyə qarşı da yeni sanksiyalar elan edib. Çin, Hindistan və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən bəzi şirkətlər və neft tankerləri sanksiya siyahısına daxil edilib. Sanksiyalar İran Silahlı Qüvvələri və Sepehr Energy şirkəti ilə əlaqəli bir sıra təşkilat və şəxsləri də əhatə edir.

İran öz növbəsində, ABŞ-ı beynəlxalq hüququ pozmaqda və iqtisadi partnyorlarını təzyiq altına almaqda ittiham edir.

Xarici İşlər Nazirliyinin açıqlamasına görə, bu addım ABŞ-a beynəlxalq məsuliyyət yükləyir və Tehran bu sanksiyaların nəticələrinə görə Vaşinqtonu günahkar sayır.

ABŞ administrasiyası isə bildirir ki, İranın neft satışından əldə etdiyi gəlirlər nüvə proqramı, ballistik raket istehsalı və regiondakı silahlı qruplaşmaların maliyyələşdirilməsinə sərf olunur.
BŞ Maliyyə Naziri Scott Bessent də İranın bu fəaliyyətlərinin qarşısını almaqda qətiyyətli olduqlarını vurğulayıb.

Seçilən
64
5
turkic.world

6Mənbələr