AZ

AVRO-2025: Millimiz seçmə mərhələdə Belçikaya məğlub olub

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsində Belçikaya məğlub olub.

C qrupundakı beşinci matçını keçirən yığma 24:97 hesabı ilə uduzub.

Qarşılaşma Belçikanın “COREtec Dome” arenasında təşkil olunub.

Qeyd edək ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv ilk oyunda Belçika millisinə 28:136 hesabı ilə məğlub olub. Yığma fevralın 9-da Bakıda Polşa ilə üz-üzə gələcək. "Sərhədçi" İdman Mərkəzində keçiriləcək görüş saat 17:00-da başlayacaq.

Seçilən
85
14
cbcsport.az

10Mənbələr