Bakı. Trend:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarıNərimanov rayonunun Bakı-Batumi küçəsində yerləşən, fiziki şəxsRüstəmova Sevinc Hüseyn qızına məxsus dənli bitkilərin vəyarmaların qablaşdırılması müəssisəsində yoxlama aparıblar.
Trend xəbərverir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyiməlumat yayıb.
Bildirilib ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatındankeçmədən fəaliyyət göstərdiyi və obyektdə emal zamanı normativtələblərin pozulduğu aşkarlanıb.
Yoxlama zamanı “Ruzum” əmtəə nişanlı məhsulların etiketməlumatlarında bir sıra nöqsanlar müəyyən edilib. Məhsulun qida vəenerji dəyəri, yararlılıq müddəti, istehsalçısı barədə yanlışməlumatlar qeyd edilib. Müəssisənin fəaliyyəti dayandırılıb,rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.