Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən şəhid Quliyev Müşfiq İbrahim oğlunun nəşinin qalıqları dəfn edilib.
Modern.az xəbər verir ki, şəhidin nəşinin qalıqları bu gün Cəbrayıl rayonu Horovlu kənd qəbiristanlığında torpağa tapşırılıb.