AZ

Vens Nikola nə dedi?

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-yə işgüzar səfəri çərçivəsində Birləşmiş Ştatların vitse-prezident Ceyms Devid Venslə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

Bütün hallarda maraqlı görüşdür. Yəni ABŞ administrasiyası onu qəbul etməyə də bilərdi. Qəbul edibsə, deməli, ortada müəyyən məsələlər var.

Məlumdur ki, Ermənistanın keçmiş Co Bayden administrasiyası ilə münasibətləri daha yaxın və möhkəm idi. Hətta Bayden hakimiyyətinin son günlərində Ermənistanla strateji əməkdaşlığa dair sənəd imzaladı.

Belə bir məqamda yeni Tramp administrasiyasının Paşinyanı qəbul etməsi maraqlıdır.

Görünür, ABŞ hakimiyyəti erməni icmasını qıcıqlandırmaq istəmir, əksinə rəğbətini qazanmaq istəyir.
Digər tərəfdən, görüşdə öncəki sənədlərin bir mahiyyətinin olmadığı Paşinyanın diqqətinə yeridilib. Mədəni surətdə deyilib ki, biz Bayden deyilik...

ABŞ istəsə, günü sabah Ermənistanı Azərbaycanla masaya oturdar, sərhədləri də çəkər. Lakin bu günə qədər bu, baş verməyib. Çünki ABŞ-nin Ermənistandan tələbi onu Rusiyadan qoparmaqla bağlı idi. Bu da Azərbaycanın maraqlarına xidmət eləmir. Ermənistanın Rusiyadan qopması Zəngəzur dəhlizinin açılmaması, sərhədlərin delimitasiya-demarkasiya prosesinin uzanmaqda davam etməsi deməkdir.

Seçilən
12
aznews.az

1Mənbələr