AZ

Türkmənistanda Azərbaycan məhsullarının onlayn satışı başlanılıb

Bakı. Trend:

Türkmənistanda "Made in Azerbaijan" brendi məhsullarının onlaynsatışına başlanılıb.

Bu barədə Trend-ə Azərbaycanın Türkmənistandakı səfirliyindənməlumat verilib.

Azərbaycan məhsulları Türkmənistandakı üç böyük onlaynplatformada – "GiperTM", "Ynamdar" və "AshgabatMarket"də satışaçıxarılıb. Bu platformalar böyük bir istehlakçı auditoriyasınamalik olduğu yerlərdir. lkin olaraq, müxtəlif kateqoriyalardaməhsullar, o cümlədən çaylar, mürəbbələr, meyvə suları və digərkonservləşdirilmiş qidalar təbii tərkibi və yüksək keyfiyyəti iləalıcılara onlayn platformalarda təqdim edilir.

"Made in Azerbaijan" brendi məhsullarının Türkmənistan bazarındasatışının onlayn formatda təqdim edilməsi onların daha genişauditoriyaya çatmasına və daha çox müştəriyə əlçatan olmasınaxidmət edir. Azərbaycanın istehsal etdiyi məhsulların təbii tərkibivə yüksək keyfiyyəti ilə türkmən alıcılarının diqqətini cəlbetməsinə imkan yaradır.

Satışda olan Azərbaycan məhsulları türkmən alıcıları tərəfindənkeyfiyyət və qiymət baxımından rəğbətlə qarşılanır. Xüsusiləorqanik tərkibdə Azərbaycan çaylarının təbii qatqılarla zənginolması istehlakçıların marağını daha çox cəlb edir.

Seçilən
47
9
az.trend.az

10Mənbələr