Rusiya prezidenti Vladimir Putin Azərbaycanın AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğramasına dair bəyanatla çıxış etməyi planlaşdırmır. Bu barədə cümə günü Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Xeyr, planlaşdırılmır (təyyarə qəzası mövzusunda çıxış)", - o, Azərbaycan KİV-də dərc olunan yazını şərh edərkən deyib. Həmin yazıda Rusiyanın qəzaya görə günahı öz üzərinə götürməsi təklif edilir.