AZ

Girov götürülən gəmilərdə saxlanılanların yaxınları aksiya keçirdi

Eritreyada saxlanılan “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmilərinin azərbaycanlı heyətinin yaxınları “Caspian Marine Services B.V.” şirkətinin qarşısında aksiya keçirib.

Publika.az APA-ya istinadla xəbər verir ki, aksiyanın məqsədi gəmilərin buraxılmasına dair danışıqlar prosesi barədə məlumat almaq olub.

Girov götürülən Saleh Poladovun atası Vələd Poladov bildirib ki, oğlundan 3 aydır xəbər ala bilmirlər: “Biz şirkətdən məlumat almaq istəyirik. Artıq 3 ay keçib. Bunun sonu necə olacaq? Gəmidə olarkən onlar bizimlə həftədə bir dəfə əlaqə saxlayırdılar. İndi isə heç bir xəbər yoxdur”.

Mahmud Rüstəmovun atası Əmrah Rütəmov deyib ki, hadisə ilə bağlı bir neçə dəfə şirkət rəsmiləri ilə, eləcə də Xarici İşlər Nazirliyində görüşdə olublar: “Xarici İşlər Nazirliyində də olmuşuq, amma heç bir nəticə olmayıb. Biz dövlətimizdən övladlarımızı bizə qovuşdurmağını xahiş edirik. Gəmini nə vaxt istəsələr qurtararlar, bu şirkətin öz işidir. Ən son şirkətdən 2 həftə öncə demişdilər ki, 3 günə sənədləri götürüb çıxacaqlar. Dəqiq vaxt deyən yoxdur. 18 nəfərlik heyət artıq 3 aydır ailəsindən uzaqdır”.

Daha sonra girov saxlanılan şəxslərin yaxınlarını sözügedən şirkətin direktor müavini Aqşin Rəhimov qəbul edib. Görüş media nümayəndələri üçün qapalı keçirilib.

Seçilən
70
5
publika.az

10Mənbələr