2032-ci ildə Yerin yaxınlığından keçəcəyi gözlənilən asteroidin planetimizə dəymə ehtimalı artıb.
Söz.az "haberglobal"-a istinadən xəbər verir ki, alimlərin fikrincə, iki ay əvvəl 1,3 faiz olan ehtimal 2,3 faizə yüksəlib.
Asteroidin eni 90 metrlik futbol meydançası boydadır və sürətlə Yerə yaxınlaşır.
Asteroidin sürətində və kursunda dəyişikliklər 2032-ci ilə qədər təsir riskini tamamilə aradan qaldıra bilər.