AZ

BDU və Avstriya arasında təhsil və elmi əməkdaşlıq müzakirə olundu

BDU rektoru Elçin Babayev Vyanada Azərbaycanın Avstriyada və Sloveniyadakı səfiri Rövşən Sadıqbəyli ilə görüşüb.

QHT.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Avstriya Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanın Avstriya və Sloveniyadakı fövqəladə və səlahiyyətli səfiri Rövşən Sadıqbəyli ilə görüşüb. Görüşdə təhsil və elmi əməkdaşlığın genişləndirilməsi, BDU-nun Avstriyanın və Sloveniyanın nüfuzlu ali təhsil müəssisələri və tədqiqat mərkəzləri ilə əlaqələrinin möhkəmləndirilməsi, tələbə və müəllim mübadiləsi, eləcə də birgə elmi layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Tərəflər gələcək əməkdaşlığın konkret istiqamətləri üzrə fikir mübadiləsi apararaq, elm və təhsil sahəsində birgə təşəbbüslərin reallaşdırılması üçün qarşılıqlı əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər.

Seçilən
19
qht.az

1Mənbələr