1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycanlı gənc Polşada yol-nəqliyyat hadisəsində ölüb.
Oxu.Az Lent.Az-a istinadən xəbər verir ki, hadisə Varşava yaxınlığında qeydə alınıb.
Zaqatala rayon Üçüncü Tala kənd sakini, 29 yaşlı Anar Əsədlinin idarə etdiyi avtomobil qatarla toqquşub.
Nəticədə A.Əsədli aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
![](https://static.cdnsb.net/afm/images/2025/02/07/16550991.jpg)
Hazırda onun nəşinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.
Qeyd edək ki, Anar Əsədli iki ildir Polşada yaşayır və işləyirmiş.
Qəza görüntülərini təqdim edirik: