AZ

"Azərişıq" 5 il ərzində işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurda gördüyü işləri açıqlayıb

Zəngilan.Trend:

“Azərişıq” ASC 5 il ərzində işğaldan azad olunan Qarabağ vəŞərqi Zəngəzurda da yenidənqurma işləri həyata keçirib və bu proseshazırda davam edir.

Trend xəbərverir ki, doğma sakinlərinə qovuşan rayon və kəndlərin məhv edilmişelektrik təsərrüfatı yenilənir, müasir dayaqlar əkilir və elektrikxətləri çəkilir, yeni güc mərkəzləri yaradırılır.

Ötən illər ərzində Şuşada Rəqəmsal İdarəetmə Mərkəzi və ElektrikŞəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzi də daxil olmaqla35/0.4 kV-luq 7, Daşaltı kəndində isə 35/10 kV-luq 1 yarımstansiya,“Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi,Cəbrayılda Rəqəmsal İdarəetmə Mərkəzi tikilərək istismaraverilib.

2024-cü ildə cənab Prezident İlham Əliyevin iştirakı ilə böyükgüc mərkəzlərindən ikisinin rəsmi açılışı baş tutub. Sentyabrın2-də ölkə başçısı Kəlbəcərdə 110/35 kV-luq “İstisu”yarımstansiyasını işə salıb. Oktyabrın 3-də Zəngilan ElektrikŞəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.Ağdam Elektrik Şəbəkəsi və Rəqəmsal İdarəetmə Mərkəzi də istismarahazır vəziyyətdədir. Hər 3 güc mərkəzi müasir tələblərə cavab verənSCADA sistemi ilə təchiz edilib.

İşğaldan azad olunan ərazilərdə 35 kV-luq yeni güc mərkəzlərinintikintisi də davam edir. Laçında müasir yarımstansiya və rəqəmsalidarəetmə Mərkəzi tikilir, eləcə də 110/35/10 kV-luq "Minkənd"yarımstansiyasının inşası, "Ağbulaq-SES" və "Minkənd"yarımstansiyaları arasında 35 kV-luq iki dövrəli ÖİN xəttininçəkilişi yekunlaşmaq üzrədir. Xocalıda "Xocalı" yarımstansiyası vəİdarəetmə Mərkəzinin tikintisi, "Əsgəran", Malıbəyli və Sığnaqyaşayış məntəqələrində yarımstansiyaların tikintisi davam edir.Xocavənddə "Zoğalbulaq" yarımstansiyasının tikintisi, Hadrut"Qovşaq" yarımstansiyası ilə "Zoğalbulaq" yarımstansiyası arasında35 kV-luq iki dövrəli ÖİN xəttinin çəkilişi davam edir. HəmçininAğdam, Füzuli və Cəbrayıl rayonlarında tikintisi davam edən və yaplanlaşdırılan yaşayış məntəqələrinin enerji təchizatının təminolunması məqsəsilə müasir tələblərə cavab verən yeni transformatoryarımstansiyaları tikilir. Hazırda Qubadlı Rəqəmsal İdarəetməMərkəzində tamamlanma işləri gedir.

Kəlbəcərdə Zallar, Yanşaq, Qamışlı və Çaykənd, Laçında Güləbird,Şəlvə, Ərikli, Kürdhacı, Ağdamda Eyvazxanbəyli, XocalıdaAşağıquşçu, Yuxarıquşçu, Şuşada Qaybalı, Xocavənddə Hadrutqəsəbəsi, Tuğ və ətraf kəndləri, Füzulidə Dövlətyarlı,Pirəhmədlivə, Dədəli, Cəbrayılda Horovlu, Şükürbəyli kəndləri vəXudafərin qəsəbəsi, Zəngilan rayonu və Cahangirbəyli kəndi,Qubadlıda Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin xarici elektriktəchizatının təmin olunması məqsədilə 35 kV-luq iki dövrəli ÖİNelektrik veriliş xəttinin çəkilişi davam edir.

Məqalədə:
Seçilən
24
7
az.trend.az

10Mənbələr