AZ

Qırmızıkənd ovçuluq təsərrüfatının ərazisində qanunsuz ova cəhd edən şəxs saxlanıldı

Şirvan Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Qırmızıkənd ovçuluq təsərrüfatının ərazisində qanunsuz ova cəhd edən şəxs saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidməti məlumat yayıb.

Qeyd olunub ki, araşdırma zamanı ova cəhd edən şəxsin Masallı rayonu Xırmandalı kənd sakini Elnur İsmayılov olduğu məlum olub və ondan ov tüfəngi götürülüb.

Seçilən
92
21
publika.az

10Mənbələr