AZ

Güzəştli ipoteka almaq istəyənlərə ŞAD XƏBƏR

Hazırda qüvvədə olan qanunvericiliyə uyğun olaraq, 4 faizli güzəştli ipoteka krediti ilə ev almaq hüququna malik şəxslər var. Bəlli kateqoriyadan olan şəxslər güzəştli ipoteka almaq üçün dövlət qulluğunda ən azı 3 il işləməli, bundan başqa jurnalist fəaliyyəti ilə ən azı 5 məşğul olan, eyni zamanda dövlət reyestrindən keçmiş jurnalistlər, təhsil müəssisəsində 3 ildən artıq müəllim işləyən şəxslər, şəhid ailələri, eyni zamanda Milli Qəhrəman adına layiq görülmüş şəxslər və onların ailələri və bu siyahıda olan digər şəxslər də güzəştli ipoteka krediti əldə edə bilərlər. 

Bu sözləri News24.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib ki, ümumilkdə isə təxminən 8 faiz nəzərdə tutulur. 

O qeyd edib ki, bəzi banklar müəyyən güzəştlər edirlər, bəzən 7 fazilə ipoteka krediti almaq mümkün olur. 

"Təbii ki, burda yaş faktoru da nəzərə alınır. Müraciət edən şəxsin azı 25 yaşı olmalıdır, təqaüd yaşına çatmağa təyin olunan qədər vaxt qalmalıdır və başqa tələblər də var”, - deyə o bildirib.

Deputat bildirib ki, proseslər ipotekanın tam əlçatan olmağını təmin etmir: 

“Şəxsi fikrimdir ki, güzəştli ipoteka ala bilən insanların dairəsi genişləndirilməlidir, ipoteka almaq daha əlçatan olmalıdır. Hesab edirəm ki, bu sahədə gələcəkdə qanunvericiliyə müvafiq dəyişikliklər ediləcək. Təbii ki, gələcəkdə imkanlar genişləndikcə ipoteka fondu daha böyük imkanlara sahib olduğu təqdirdə, güzəştli ipoteka daha geniş şəkildə əlçatan ola bilər”.


Ağa Dadaşzadə


Seçilən
28
news24.az

1Mənbələr