Braziliyanın San-Paulu şəhərində kiçik mühərrikli təyyarə insanların sıx olduğu küçəyə düşüb.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə küçədə avtobusa çırpılıb. Ölənlər və yaralananlar var.
Qəza "King Air F90" təyyarəsinin havaya qalxdıqdan 5 dəqiqə sonra təcili eniş etmək istəyərkən baş verib.
Hadisə zamanı azı 2 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb.