“Milan” heyətinə daha bir futbolçu qatıb.
İtaliya klubunun mətbuat xidmətinin məlumatına görə, “Fiorentina”dan Rikkardo Sottil icarəyə götürülüb. 25 yaşlı hücumçu ilə müddəti cari mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb. Yarımmüdafiəçi yeni komandasında “99” nömrəli formanı geyəcək.
Sottil “Fiorentina”da 2016-cı ilin fevralından çıxış edir. O, ötən müddətdə “Peskara” və “Kalyari”də də icarə əsasında oynayıb. Bu mövsüm Rikkardo bütün turnirlərdə 25 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun “Fiorentina” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta