AZ

Bu iki küçənin yeni avtomobil yolunun layihəsi açıqlanıb

Bakı. Trend:

Akademik Həsən Əliyev küçəsi-Müzəffər Nərimanov küçəsinə qədərolan yeni avtomobil yolunun layihəsi açıqlanıb.

Trend xəbər verir ki, bubarədə bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin DövlətEkoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri MirsalamQənbərov “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyatinfrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçünDövlət Proqramı”nın təsdiq edilməsi haqqında AzərbaycanRespublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixliSərəncamının icrasından irəli gələn məsələlərlə bağlı keçirilənictimai dinləmədə məlumat verib.

O bildirib ki, yol 4 hissədən ibarətdir:

1-ci hissə: “Ulduz” metrostansiyasından Keşlə bazarına kimi - 2km
2-ci hissə: DTX akademiyasının ərazisi - 0.47 hektar
3-cü hissə: Keşlə bazarının qarşısındakı restoranın ərazisi
4-cü hissə: Əliyar Əliyev küçəsindən Akademik Həsən Əliyebküçəsinin başlanğıcına qədər (dairə daxili) - 730 metr.

Mirsalam Qənbərov əlavə edib ki, sözügedən yolun çəkiləcəyiərazidə ümumilikdə 1 650 ağac, 491 kol və ting yerləşir.

Seçilən
8
3
az.trend.az

4Mənbələr