AZ

Arne Slot “Tottenhem” üzərində möhtəşəm qələbəni şərh etdi

“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Liqa Kubokunun yarımfinalında “Tottenhem”ə qarşı keçirdikləri ev oyununu şərh edib.

Arena.az məlumat verir ki, “qırmızlar” “mahmızlar”ı 4:0 hesabı ilə “çapıblar”.

Arne Slot matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bəli, bu, xoşdur! Ancaq məni heç olmasa azacıq tanıyırsınızsa, mən final haqda deyil, Bazar günü baş tutacaq oyun haqda düşünürəm. Finala çıxışı – “Liverpul” kimi bir klub üçün həmişə xüsusi bir hadisədir. Bilirik ki, bizi “Nyukasl” ilə çətin bir oyun gözləyir (İngiltərə Liqa Kubokunun finalında – redaktorun qeydi), amma biz yenə də bir çox oyunlar keçirməliyik. Biz məhz bunun üzərində diqqətimizi cəmləşdirməliyik”, – “Liverpul”un rəsmi saytı niderlandlı mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, “Liverpul” İngiltərə Liqa Kubokunun cari qalibidir.

2024/2025-ci illər mövsümü İngiltərə Liqa Kubokunun finalında “Liverpul” “Nyukasl”la qarşılaşacaq. Oyun mart ayının 16-da baş tutacaq.

Seçilən
77
arena.az

1Mənbələr