AZ

Alyaskada 10 nəfərin olduğu təyyarə yoxa çıxıb

Bakı, TurkicWorld

Alyaskada Bering Air aviaşirkətinə məxsus, göyərtəsində 9 sərnişin və 1 pilotun olduğu təyyarə müəmmalı şəkildə itkin düşüb.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, axtarış-xilasetmə işləri davam edir və hadisə ilə bağlı Nome Könüllü Yanğınsöndürmə İdarəsi rəsmi açıqlama yayıb.

"Hazırda Nome və Ağ Dağ bölgələrində quruda axtarışlar aparırıq. Hava şəraitinin çətinliyi və zəif görmə səbəbindən havadan axtarışlar məhduddur. Milli Qvardiya, Sahil Mühafizəsi və Polis Departamenti də xilasetmə əməliyyatına qoşulub." - deyə bildirilib.

Yerli hakimiyyət orqanları bölgə sakinlərini hava şəraitinin təhlükəli olması səbəbindən fərdi axtarış qrupları yaratmaqdan çəkinməyə çağırıb. Ailələrə dəstək üçün Norton Sound Health Corporation ilə əlaqə saxlamaları tövsiyə edilib.

Seçilən
51
turkic.world

1Mənbələr