AZ

KİV: ABŞ qanunsuz miqrantların Quantanamoya daşınacağı gündəlik reyslər açır

ABŞ hakimiyyəti Kubadakı ABŞ-nin Quantanamo hərbi bazasına hər gün qeyri-qanuni miqrantlar olan reyslər həyata keçirməyi planlaşdırır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

İki amerikalı məmurun sözlərinə görə, məqsəd bazaya hər gün miqrantlar olan hərbi təyyarələr göndərməkdir. İndiyə qədər ABŞ hakimiyyəti oraya yalnız iki təyyarə göndərib, lakin fevralın 7-də əlavə reyslərin olacağı gözlənilir.

Mənbələr, həmçinin bildiriblər ki, ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem təxminən 30 min miqrantın saxlanması üçün yerlərin hazırlanması prosesini və şəraiti yoxlamaq məqsədilə Quantanamoya səfər etməyi planlaşdırır.

Seçilən
13
1
report.az

2Mənbələr