Bakı. Trend:
Anar Əliyev Azərbaycan Prezidentinin sərəncamı ilə AzərbaycanRespublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyinedilib.
Trend yeninazirin dosyesini təqdim edir:
Anar Rəhim oğlu Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub.2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquqfakültəsinin bakalavr pilləsini bitirib. 2002-ci ildə magistrpilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə hüquq fəlsəfədoktoru dərəcəsi alıb.
2000-2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəməiclasının katibi, 2006-2008-cı illərdə İqtisadiyyat NazirliyininHüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həminşöbənin müdiri vəzifələrində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2012-ci il tarixliSərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinəgörə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.Dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı iləAzərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının2018-ci ilə qədər üzvü olub.
Hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsinazirinin müavini vəzifəsində çalışıb.
Evlidir, iki övladı var.