AZ

Flik “Valensiya” üzərində möhtəşəm qələbəni şərh etdi

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya Kubokunun 1/4 final mərhələsində “Valensiya”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Kataloniya təmsilçisi səfərdə baş tutan bu oyunda 5:0 hesablı qələbəyə sevinib.

Qonaq komandanın almaniyalı baş məşqçisi matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Biz daha da yaxşı oynaya bilərik. Dediyim kimi, bəzən topu yalnız özümüzdə saxlamaqla rəqiblərin qaçmasına imkan vermək faydalıdır. Bu, topa sahib komandanın öz güc-qüvvəsini qorumasına kömək edir. Biz bu cəhət üzərində işləməliyik, bu barədə çox danışırıq”, deyə Flik vurğulayıb.

Beləliklə 2024/2025-ci illər mövsümü İspaniya Kral Kuboku uğrunda müvarizə aparacaq bütün yarımfinalçılar məlum olub. “Real”, Madrid “Atletiko”su, “Real Sosyedad” və “Barselona”nın müvarizə aparacağı növbəti, yarımfinal mərhələsinin püşkü fevralın 12-də atılacaq.
Xatırladaq ki, yarışın cari qalibi Bilbao “Atletik”idir.

İspaniya Kral Kubokunda qalibiyyətlərin sayına görə rekordçu “Barselona”dır – 31 qalibiyət. Bilbao “Atletik”inin 24 qəniməti, “Real”ın isə 20 qəniməti var.

Seçilən
79
arena.az

1Mənbələr