AZ

Diabetin bu ilkin əlamətlərindan çox adam xəbərsizdir: Ciddi risklər yarada bilər

Diabetin bu ilkin əlamətlərindan çox adam xəbərsizdir:

Diabetin ilkin əlamətləri çox vaxt asanlıqla göz ardı edilə bilər, amma bu əlamətlər ciddi sağlamlıq riskləri yarada bilər.

Emlakbazari.az

E-saglam.az bildirir ki, bir çox insan, diabetin yalnız yüksək qan şəkəri ilə əlaqəli olduğunu düşünə bilər, lakin bu xəstəliyin daha az tanınan simptomları da var. Məsələn, davamlı genital qaşınma 2-ci tip diabetin göstəricisi ola bilər.

Qan şəkərinin yüksək olması, orqanizmin infeksiya ilə mübarizə qabiliyyətini zəiflədir və bu, genital bölgədə qaşınma, yanma və ağrı kimi şikayətlərə səbəb ola bilər. Diabetli insanlar, xüsusilə maya infeksiyaları ilə daha çox rastlaşırlar, çünki yüksək qan şəkəri, infeksiyaların yayılması üçün əlverişli bir mühit yaradır.

Bundan başqa, diabet sinirlərə zərər verə biləcək neyropatiya səbəbiylə dəri qaşınmalarına da yol aça bilər. Yüksək sitokin səviyyələri sinir zədələnməsinin bir göstəricisi ola bilər və bu da qaşınma ilə müşahidə edilir. Diabetin digər əlamətləri arasında tez-tez sidiyə getmə, həddindən artıq susuzluq, səbəbsiz kilo itkisi və davamlı yorğunluq da var.

Diabetin erkən mərhələlərində bu simptomlar çox vaxt göz ardı edilir, amma onların vaxtında tanınması və müalicəsi həyati əhəmiyyət kəsb edir. Sinir zədələnmələri və infeksiyalar kimi ağırlaşmaların qarşısını almaq üçün diabetin simptomlarına diqqət yetirmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
9
e-saglam.az

1Mənbələr