AZ

Alimlər hələ də qədim dünyanın yeddi möcüzəsindən birini tapa bilmirlər

Tədqiqatçıların fikrincə, söhbət coğrafi baxımdan dünyanın digər altı möcüzəsindən bir qədər fərqli olan Babilin Asma Bağlarından gedir.

QHT.az xəbər verir ki, Qədim Dünyanın Yeddi Möcüzəsi arasında yalnız Misirdəki Böyük Giza Piramidası bu günə qədər sağ qalmışdır. Babilin Asma Bağları isə hələ də sirli qalır. Eramızdan əvvəl VI əsrdə II Navuxodonosor tərəfindən tikildiyi düşünülən bu bağlar, həyat yoldaşına hədiyyə olaraq yaradılmış, amma tarixçilərin bəzi mənbələrdə heç bir qeydini tapmamışdır. Babilin mərkəzində yerləşən bu möcüzənin fiziki qalıqları tapılmayıb. 1899-1917-ci illərdə alman arxeoloqu Robert Koldewey, Babilin yaxınlığında bir strukturu aşkar etmişdi, amma bu strukturun bağlarla əlaqəsi sual altındadır. Bəzi alimlər isə asma bağların Mesopotamiyanın şimalında, Ninevada tikildiyini iddia edirlər. Bu günə qədər Babilin məşhur bağlarının izləri tapılmamışdır.

Babil

Babil bağlarının təxmini görünüşü 

 

 

R.İmanov

 

Seçilən
11
qht.az

1Mənbələr