AZ

Emin Əmrullayevdən Prezidentə TƏŞƏKKÜR

Xəbər verdiyimiz kimi, ölkə Prezidenti cənab İlham Əliyev “Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, Qarabağ Universitetinin tabeliyində “Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxsi yaradılacaq.

AzEdu.az-ın əldə etdiyi məlumata görə bu münasibətlə Elm və Təhsil naziri Emin Əmrullayev şəxsi feysbuk hesabında Prezidentə təşəkkürünü bildirib:

"Klinika Qarabağ Universitetinin tibb ixtisasları üzrə təhsil alan tələbələrinin peşəkar kadr kimi hazırlanmasını təmin edən, tibb sahəsində elmi tədqiqatlar aparan, regionda əhalinin sağlamlığının qorunmasında iştirak edən publik hüquqi şəxs olaraq fəaliyyət göstərəcək.

Elm və təhsil ictimaiyyəti adından dövlətimizin başçısına təşəkkür edirik!",- deyə qeyd edib.

//president.az/az/articles/view/68106

Seçilən
13
azedu.az

1Mənbələr