AZ

Netanyahudan Səudiyyə Ərəbistanını qəzəbləndirəcək BƏYANAT: Bunu qəbul etməyəcəyik

İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtona rəsmi səfəri zamanı İsrailin "Kanal 14" televiziyasına cari məsələlərlə bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, Netanyahu Fələstin dövlətinin qurulmasını qəbul etməyəcəyini bəyan edib.

“Fələstin dövlətinin qurulması HƏMAS üçün qələbə, İsrail üçün isə məğlubiyyətdir. Əgər Fələstin dövləti istəyirlərsə, onu Səudiyyə Ərəbistanında qura bilərlər. Onların geniş torpaqları var", - deyə o bildirib.

Baş nazir Fələstin dövlətinin qurulması şərti çərçivəsində heç bir ölkə ilə danışıqları qəbul etməyəcəyini vurğulayıb: "İsrail dövlətini təhlükəyə atacaq hər hansı razılaşmaya getməyəcəyik".

Seçilən
15
publika.az

1Mənbələr