AZ

PSJ Enrike ilə bağlı qərarını bu gün açıqlayacaq

style='margin-bottom:10px;'>

PSJ baş məşqçisi Luis Enrike ilə bağlı qərarını bu gün açıqlayacaq.

QOL.az xəbər verir ki, Paris təmsilçisi mütəxəssislə yeni müqavilə imzalayacaq. Bu barədə "RMC Sport" məlumat yayıb.

54 yaşlı Enrike 2023-cü ildən PSJ-ni çalışdırır. 

Mütəxəssis PSJ ilə Fransa çempionu (2023/2024), ölkə kubokunun qalibi (2023/2024) olub. Həmçinin o, paytaxt klubu ilə Fransa Superkubokunu 2 dəfə (2023, 2024) qazanıb.

Hazırda isə PSJ Fransa Liqa 1-in turnir cədvəlinə liderlik edir. Onun komandası 20 oyuna 50 xal qazanıb.

Seçilən
41
1
teleqraf.com

2Mənbələr