AZ

ABŞ-nin 22 ştatı iqlim superfonduna görə Nyu-Yorka qarşı məhkəməyə müraciət edib

ABŞ-nin 22 ştatından ibarət koalisiya Nyu-York hakimiyyətinə qarşı məhkəmə iddiası qaldırıb.

“Report” AP-yə istinadən xəbər verir ki, iddia Olbani məhkəməsinə təqdim edilib və cavabdehlər sırasında ştatın baş prokuroru Letisiya Ceyms və digər vəzifəli şəxslər göstərilib.

Bildirilib ki, enerji şirkətlərini iqlim dəyişikliyinin təsirlərinin aradan qaldırılması üçün Fonda 75 milyard dollar ödəməyə məcbur edən yeni qanun konstitusiyaya ziddir.

Nyu-Yorkda qəbul edilmiş İqlim Dəyişikliyi Superfond Qanunu ən böyük qalıq yanacaq istehsalçılarından 25 il ərzində fonda ödənişlər etməyi tələb edir.

Koalisiyaya rəhbərlik edən Qərbi Virciniya baş prokuroru Cey Bi Makkaskinin sözlərinə görə, qanun ABŞ-nin enerji müstəqilliyinə təhlükə yaradır və iqtisadi nəticələrə səbəb ola bilər.

"Bu iddia bir ştatın bütün ölkəyə təsir edə biləcək səhv siyasətinin qarşısını almağa yönəlib. Əgər biz Nyu-Yorka bu şəkildə hərəkət etməyə icazə versək, digər ştatlar da onun nümunəsini təqlid edə bilər ki, bu da bizim enerji sistemimizi məhv edəcək", - C.Makkaski əlavə edib.

Seçilən
6
report.az

1Mənbələr