AZ

Taleh Kazımov investisiya şirkətlərinin rəhbərləri ilə görüşüb

Azərbaycan Mərkəzi Bankında (AMB) kapital bazarlarının dayanıqlılığının artırılmasına yönəldilmiş təşəbbüslər barədə geniş fikir mübadiləsi aparılıb.

Bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr "Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası" İctimai Birliyinin, "Bakı Fond Birjası" QSC-nin, Milli Depozit Mərkəzinin və investisiya şirkətlərinin rəhbərləri ilə keçirilmiş görüşdə baş tutub.

Görüşdə ötən ilin yekunları üzrə kapital bazarlarında əldə olunan nəticələri, investisiya şirkətlərinin fəaliyyəti, “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində kapital bazarları istiqaməti üzrə həyata keçirilmiş tədbirlər müzakirə edilib.

Seçilən
24
1
marja.az

2Mənbələr