AZ

Premyer Liqa: Transfer pəncərəsinin müddəti dəyişdirilə bilər

Futbol üzrə İngiltərə çempionatının (Premyer Liqa) klubları arasında, transfer pəncərəsinin müddəti ilə bağlı müzakirələr aparılır.

Arena.az “The Telegraph” nəşrinə istinadən məlumat verir ki, ingilis klubları qış transfer pəncərəsinin müddətinin iki həftəyə qədər qısaldılması seçimi üzərində düşünürlər.

Müzakirənin digər – əsas mövzusu isə yay transfer pəncərəsinin yeni mövsümün başlamasına qədər bağlanmasıdır.

Yay transfer pəncərəsi ilə bağlı müvafiq müzakirənin səbəbi, oyunçuların keçidlərinin yeni mövsümdə də baş tutması səbəbindən klubların məşqçilərinin yeni mövsümün başlaması ilə də qarşılaşdıqları qayğı və çətinlikləri önləməkdir.

Dünən, fevral ayının 6-da İngiltərə Premyer Liqasının 20 klubunun idman direktoru müvafiq mövzuda müzakirələr aparmaq üçün bir araya gəliblər. Gələn həftə isə klub sahibləri və rəhəbərlərinin, həmçinin klubların idarə heyətinin əsas simalarının iştirakı ilə iclas keçiriləcək. Məhz bu iclasda İngiltərə Premyer Liqasında transfer pəncərələrinin müddəti ilə bağlı səsvermənin aparılması nəzərdə tutulub.

Seçilən
74
arena.az

1Mənbələr