AZ

USAID "özlərinə əl verməyən” hökumətləri devirmək üçün istifadə olunub -TƏHLİL

USAİD-in qlobal miqyasda həyata keçirdiyi layihələr və onun müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda yaratdığı təsirlər son illərdə geniş müzakirə mövzusuna çevrilib. Son məlumatlara əsasən, USAİD dünya üzrə 707 media qurumu, 6200 jurnalist və 279 jurnalistika sahəsində fəaliyyət göstərən QHT-ni maliyyələşdirib. Bu faktlar, təşkilatın qlobal informasiya siyasətinə təsir imkanlarını göstərməklə yanaşı, onun spesifik regionlarda, o cümlədən Azərbaycanda da fəal iştirak etdiyini ortaya qoyur. Azərbaycanda USAİD-in fəaliyyəti 2012-ci ildə keçirilən “Eurovision” mahnı müsabiqəsi dövründən başlayaraq daha aydın hiss olunmağa başladı. Həmin dövrdən bəri, ölkədə baş verən mühüm hadisələr – 2020-ci il Vətən müharibəsi, Laçın yolundakı ekoloji aksiyalar və COP29 tədbiri ərəfəsində beynəlxalq mediada yayılan qərəzli kampaniyalar, USAİD-in Azərbaycana yönəlmiş informasiya siyasətində aktiv iştirak etdiyini göstərir. USAİD-in fəaliyyəti və onun Azərbaycanda və digər ölkələrdə yaratdığı təsirlər, beynəlxalq siyasətdə informasiya müharibəsinin bir hissəsi kimi qiymətləndirilə bilər. Lakin Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu təsirlərə qarşı effektiv cavab verə bilib. Dövlətin həyata keçirdiyi tədbirlər informasiya təhlükəsizliyinin qorunmasında və milli maraqların müdafiəsində mühüm rol oynayıb. Bu, Azərbaycanın beynəlxalq arenada öz mövqeyini qorumağa və milli maraqları müdafiə etməyə qadir olduğunu bir daha göstərir. 

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova “Sherg.az”a bildirib ki, günlərdir ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ətrafında gedən müzakirələr səngimir:

“Təsisatın nizamnaməsinə nəzər yetirdiyimiz zaman onun əsasən diqqət mərkəzində saxladığı sahələrin iqtisadi, səhiyyə və təhsil dəstəyi, təcili humanitar yardım, demokratiyaya dəstək və “ABŞ xarici siyasətinin siyasi məqsədlərinin həyata keçirilməsində bütün dünyada yardım” olduğunu görürük. Eyni zamada, USAID formal olaraq müstəqil dövlət qurumu olsa da, Prezident, Dövlət Katibi və Milli Təhlükəsizlik Şurasına hesabat verir. Bu faktları vurğulamaqla bu günkü durum iki şeydən xəbər verir. Birincisi, nizamnamə formal xarakter daşıyan, əslində məqsədləri kirli olan bu təşkilatın ikinci təsdiq edilən xəbəri odur ki, təsisat birbaşa Co Bayden administrasiyası tərəfindən dəstəklənib, hesabatlar onun önünə gedib. USAID-ə 2021-2025-ci illərdə ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Samanta Pauer rəhbərlik edib ki, bu zərif zənan xəylağının da dövlətimizə, ölkəmizə münasibəti, düşünürəm ki, hər bir cəmiyyət üzvünə məlumdur. Agentliyin həm ölkəmizdəki, həm də başqa ərazilərdə nümayəndələrinin işinin xarakteri heç də həmişə saf və ikitərəfli humanitar əməkdaşlığın inkişafının təşviqi ilə bağlı bəyan edilmiş məqsədlərə uyğun gəlməyib. Söhbət müxtəlif regionlarda və fərqli səviyyələrdə vətəndaş cəmiyyəti institutlarında qrantların bölüşdürülməsi yolu ilə siyasi proseslərə təsir etmək cəhdlərindən gedir. Məsələn, təsisat Latın Amerikasında bütün çevrilişlərdə və ya onlara edilən cəhdlərdə iştirak edib, müxalifət liderlərinin müvafiq təlimini, onların maliyyələşdirilməsini, siyasi, ideoloji və texniki dəstəyini təmin ediblər 2013-cü ildə Boliviya USAID-in ölkənin daxili işlərinə qarışmasını əsas gətirərək Agentliklə əməkdaşlığı dayandırmışdı. Əsas isə bu idi ki, ölkəni parçalamağa çalışan separatçı qruplara milyonlarla dollar köçürülüb. Deməli, təsisat həqiqətən də sabitliyi pozmaq və legitim hakimiyyətlərin nüfuzunu sarsıtmaq üçün çoxsaylı oyunlar edib”.

Ekspert qeyd edib ki, nəinki Prezident Donald Tramp, eyni zamanda onun tərəfindən dövlət xərclərinin azaldılması üzrə komissiyaya rəhbərlik etmək üçün təyin edilən milyarder, Tesla və SpaceX-in baş direktoru İlon Mask da ABŞ Beynəlxalq İnkişaf Agentliyinin əməllərini tam çılpaqlığı ilə masa üzərinə qoyub:
“Ağ Ev səs-küyə səbəb olan şübhəli USAID xərclərinin siyahısını da dərc edib ki, buraya silahlıların maliyyələşdirilməsi, LGBT təşəbbüslərinin dəstəklənməsi, turizmin təşviqi də daxil olmaqla mübahisəli layihələrə milyonlarla dolların xərcləndiyi də daxildir. Tramp administrasiyasının USAID-i bağlamaq qərarının əsas səbəblərindən biri məhz bu sui-istifadələr olub. Buna görə də Tramp çox sərt ifadə istifadə etdi: “USAID bir dəstə radikal dəli tərəfindən idarə olunur. Onları çıxarıb, sonra qərar verəcəyik. Əfqanıstanda haşhaş becərilməsi və heroin istehsalı üçün suvarma kanallarına, gübrə və avadanlıqlara yüz milyonlarla dolların xərclənməsi, Suriyadakı Əl-Qaidə yaraqlıları üçün 100 min nəfərlik yeməyin maliyyələşdirilməsi, Qvatemalada cinsiyyətin dəyişdirilməsi proqramlarına və LGBT fəallığına 2 milyon dolların xərclənməsi, serb iş yerlərində “bərabərliyi və inklüzivliyi təşviq etmək” üçün 1,5 milyon dolların ayrılması, Kolumbiyada "transgender operası"nın səhnələşdirilməsinə 47.000 dolların sərf olunması, Peruda "transgender komikslərinin" nəşrinə 32.000 dolların xərclənməsi, Misirin turizm sənayesini dəstəkləmək üçün 6 milyon dolların ayrılması, Vyetnam üçün elektrikli avtomobillərə 2,5 milyon dolların xərclənməsi, inkişaf etməkdə olan ölkələrdə fərdiləşdirilmiş kontraseptivlərin və doğuşa nəzarət cihazlarının çapı üzrə layihələrin də maliyyələşdirilməsi USAID-in şübhəli xərclərinə daxildir.
Göründüyü kimi agentlik demokratiyanı təbliğ etmək missiyası adı altında əslində çirkli siyasətin alətidir və ondan “arzuolunmaz, daha dəqiq desək, özlərinə əl verməyən” hökumətləri devirmək üçün istifadə olunub. Dövlətimizə, sabitliyimizə, əldə etdiyimiz Zəfərə, Müzəffər Ali Baş Komandanımızın siyasətinə zərrə qədər olsa belə zərbə vurmağa çalışan istənilən qurumun da, təsisatın da, aktorun da yerini Azərbaycan xalqı göstərib”.
Seçilən
122
15
sherg.az

10Mənbələr