İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu, “Bornmut”un yarımmüdafiəçisi Castin Klyuvertdir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klyuvert yanvarda İngiltərə Premyer Liqasında “Bornmut”un heyətində 4 matçda iştirak edib. 25 yaşlı hücumçu 22-ci turda “Nyukasl”la qarşılaşmada (4:1) het-trikə imza atıb. Onun aktivində 2 məhsuldar ötürmə də var.
O, ümumilikdə Premyer Liqanın cari mövsümündə 23 oyun keçirib, 11 qol vurub və 4 məhsuldar ötürmə edib.
Premyer Liqada transfer pəncərəsinin tarixləri dəyişdiriləcək
Ramos Meksika klubunda - Rəsmi
"Fənərbaxça" qərarını verdi: Yeni transferlərdən 2-si Avropada oynayacaq
“Mançester Yunayted”in futbolçusu mövsümü erkən başa vurub
“Barselona” “Valensiya”nı kubokda da rahat buraxmadı