AZ

Millinin baş məşqçisi: Kamandan oxatma ilə məşğul olanların sayı ildən-ilə artır

Bakı, 7 fevral, AZƏRTAC

"Sevindiricidir ki, kamandan oxatma ilə məşğul olanların sayı ildən-ilə artır".

AZƏRTAC xəbər verir ki, bu sözləri kamandan oxatma üzrə Azərbaycan millisinin baş məşqçisi Natiq Fazilov ölkə birinciliyi və çempionatı barədə danışarkən deyib.

Mütəxəssis milli komandanı gözləyən növbəti turnirlərdən bəhs edib: "Əsas hədəfimiz gələn il yeniyetmələr arasında keçiriləcək Olimpiadaya vəsiqə qazanmaq və Azərbaycanın ev sahibliyi edəcəyi MDB Oyunlarında Xankəndidə təşkil olunacaq kamandan oxatma yarışlarında ölkəmizi layiqincə təmsil etməkdir".

Qeyd edək ki, iki gün davam edən turnirdə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 60-a yaxın idmançı mübarizə aparıb.

Seçilən
52
azertag.az

1Mənbələr