AZ

PSJ əsas futbolçusu ilə müqaviləni uzadıb

PSJ müdafiəçi Nuno Mendes ilə müqaviləni uzadıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə insayder Fabrizio Romano məlumat verib.

Məlumata görə, müqavilə dekabrda razılaşdırılıb və indi imzalanma baş tutub.

Liqa 1 nəhəngi yaxın vaxtlarda bu məsələ ilə bağlı rəsmi açıqlama verəcək.

Qeyd olunur ki, 22 yaşlı Mendeş hazırda PSJ-nin ən yüksək maaş alan futbolçuları sırasındadır.

Onun yeni müqaviləsi daha 5 il müddətinə olacaq.

Ümumilikdə Nuno Mendes PSJ-də 107 oyun keçirib, 4 qol vurub və komanda yoldaşlarına 14 məhsuldar ötürmə edib.

Seçilən
17
operativmm.az

1Mənbələr