BMT-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsi üçün yaradılan Dövlət Komissiyasının sədri dəyişib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Bu vəzifədə Baş nazirin sabiq müavini Əli Əhmədovu Baş nazirin müavini Samir Şərifov əvəzləyib.