AZ

Şimali Koreya qoşunları yenidən Kurska qayıdacaq

Bir neçə həftədir cəbhədən geri çəkilən Şimali Koreya hərbi qüvvələri yaxınlarda yenidən döyüş meydanına qayıdacaqlar.

Herbiand.az xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.

“Son həftələrdə Şimali Koreya hərbçiləri Kursk vilayətində görünmürlər. Amma yeni qüvvələri təzədən qruplaşdırdıqdan, hazırladıqdan və ya rotasiya etdikdən sonra yenidən cəbhəyə qayıdacaqlarına şübhə yoxdur”, - ABŞ nəşrinin mənbələri bildirirlər.

“Rand” korporasiyasının müdafiə və təhlükəsizlik üzrə baş elmi işçisi Brayden Sperlinq hesab edir ki, Şimali Koreya Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləməkdə böyük risk görmür.

Seçilən
7
herbiand.az

1Mənbələr