AZ

Yumurtadan 30 qat daha faydalıdır: B12 ehtiyacının 50%-ni qarşılayır

Yumurtadan 30 qat daha faydalıdır:

Kəsmik, sağlamlıq üçün inanılmaz faydaları olan və çox vaxt qiymətləndirilməyən bir qidadır.

Emlakbazari.az

E-saglam.az bildirir ki, yumurtadan 30 qat daha faydalı olan kəsmik tərkibində yüksək miqdarda protein, kalsium, fosfor və B vitaminləri ilə zəngindir. Müntəzəm istehlak edildikdə, əzələ inkişafını dəstəkləyir və bədəni fit vəziyyətdə saxlayır. Yüksək proteinli olması sayəsində əzələlərin qurulmasına kömək edir, hətta yatarkən belə bu proses davam edir.

Arıqlamaq istəyənlər üçün də ideal seçimdir, çünki tərkibində az yağ və duz mövcuddur. Kəsmik, eyni zamanda psixoloji sağlamlığa da müsbət təsir edir, narahatlıq və depressiya ilə mübarizə aparmağa kömək edir. B12 vitamini çatışmazlığı olan insanlar üçün bu qida mükəmməl bir həll təqdim edir, çünki B12 ehtiyacının 50%-ni qarşılaya bilər.

Kəsmik həm də yaşlanma prosesini ləngidir və demans kimi xəstəliklərin riskini azaldır. Sinir sisteminə müsbət təsir edərək, erkən qocalmanın qarşısını alır. Ürək sağlamlığını da dəstəkləyən bu pendir, qan təzyiqini tarazlaşdırmağa kömək edir və damarların sağlamlığını qoruyur. Kəsmik, həmçinin bədənə əlavə kalori yükləmədən sağlam şəkildə arıqlamağa kömək edir və sizi uzun müddət tox saxlayır.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
16
e-saglam.az

1Mənbələr