AZ

İran ABŞ-la nüvə sazişi üzrə danışıqları istisna edir

İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ prezidenti Donald Trampın administrasiyası ilə nüvə sazişi ilə bağlı danışıqların davam etdirilməsi ehtimalını istisna edib.

Editor.az bu barədə Britaniyanın “Financial Times” qəzetinə istinadla yazır. “Keçmiş təcrübəyə istinad edən Xamneyi ABŞ prezidenti Donald Trampın administrasiyası ilə danışıqların mümkünlüyünü istisna edib və istənilən təhdidlərə qətiyyətlə cavab verəcəyini vəd edib”, – nəşr yazır. Britaniya qəzetinin yazdığına görə, İranın dini lideri Trampın 2018-ci ildə çıxdığı 2015-ci il nüvə sazişinə (Birgə Hərtərəfli Fəaliyyət Planı) istinad edərək, sazişin “İrana qarşı ən sərt sanksiyaların tətbiqindən əvvəl” ləğv edildiyini bildirib.

Daha əvvəl bildirilmişdi ki, Tramp İsrail İranın nüvə proqramına nəzarət missiyasını yerinə yetirə bilməsə, İran ərazisindəki nüvə obyektlərinə zərbələr endirməyə icazə verə bilər. ABŞ həmçinin öyrənib ki, İranın nüvə proqramını inkişaf etdirməklə məşğul olan Müdafiə Tədqiqatları və İnnovasiyalar Təşkilatı Tehranın kosmik proqram obyektlərinin pərdəsi altında fəaliyyət göstərir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
21
editor.az

1Mənbələr