AZ

Yaqub Eyyubovu da Samir Şərifov əvəzlədi

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanda dəyişiklik edilib.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, komissiyanın sədri dəyişib. Belə ki, əvvəllər komissiyanın sədri Baş nazirin birinci müavini Yaqub Eyyubov olub. Yeni sərəncama əsasən, onu Baş nazirin müavini Samir Şərifov əvəzləyib.

Qeyd edək ki, bundan əvvəl Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun yerinə Samir Şərifov təyin olunub.

Samir Şərifov Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən sonra nazir postuna yüksəlmişdi - 2006-cı ildə Azərbaycan Respublikasının maliyyə naziri təyin olunmuşdu. O, 19 il maliyyə naziri vəzifəsində çalışdı.

​​​​​​"Cebheinfo.az" 

Seçilən
99
2
cebheinfo.az

10Mənbələr